Azərbaycanda fəaliyyət göstərən daha 3 lizinq şirkəti ləğv olunur.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, “Universal Lizinq” MMC (VÖEN: 1505397391) ləğv olunması ilə bağlı kreditorlarına müraciət edib. Qeyd olunub ki, kreditorlar tələblərini iki ay ərzində Bakı şəhəri, Nəri̇manov rayonu, Qarabağ küçəsi, ev 8 ünvanına bildirə bilərlər.
Bununla yanaşı, Bakı şəhəri, Nəri̇manov rayonu, Qarabağ küçəsi, ev 8 ünvanında yerləşən “NM Lizinq” MMC (VÖEN: 1505420881) və “GM Lizinq” MMC (VÖEN: 1505414081) də ləğv olunması ilə bağlı kreditorlarına müraciət edib.
Qeyd edək ki, “Universal Lizinq” 2021-ci ilin 15 mart tarixində dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Nəcəfzadə Anar Ziya oğlu olan şirkətin nizamnamə kapitalı 20 manatdır.
“NM Lizinq” şirkəti isə 2021-ci ilin 6 aprel tarixində dövlət qeydiyyatına alınıb.
Nimzanmə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Heydərov Zahid Vəli oğludur. “GM Lizinq” şirkəti də 2021-ci ilin 1 aprel tarixində dövlət qeydiyyatına alınıb. MMC-nin nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi isə Həmişov Elxan Rahid oğludur.












