Azərbaycanda sahibkarların Dövlət Sosial Müdafiə Fonduna ödənişləri artıb.
FED.az xəbər verir ki, bu – «Sosial Sığorta haqqında» qanuna 2019-cı ildə edilən və 2020-ci ildə qüvvəyə minən dəyişikliklərlə bağlıdır. Qanunun 14.5.1-ci maddəsinə edilən dəyişikliyə əsasən, 2020-ci ildən etibarən sahibkarlar Dövlət Sosial Müdafiə Fonduna (DSMF) fəaliyyətlərindən asılı olaraq - minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50%-i, digər sahələrdə 25%-i miqdarında ödəniş edəcəklər.
Eləcə də bax: "Düzgün işləyənlə vergidən yayınana fərq qoyulacaq" - VERGİDƏN AÇIQLAMA
Bu o deməkdir ki, bu ödənişlər artıq yanvarın 1-dən qüvvəyə minmiş hesab olunur və yanvar üzrə MDSS ödənişləri fevralın 15-nə qədər ödənməlidir.
Başqa sözlə, indiyədək Bakıdakı sahibkarlar ayda 50 manat DSMF ödənişi edirdilərsə, yanvarın 1-dən bu məbləğ minimum əmək haqqının 25%-i qədər, yəni 62,5 manat (minimum əmək haqqı 250 manat * 25%) olacaq.
Eləcə də bax: Vergi Məcəlləsidə nə dəyişdi? – 100 SUAL - 100 CAVAB – TAM MƏTN
Respublikanın digər bölgələrində artım daha yüksək olacaq. Belə ki, bu ildən etibarən təkcə ödənişin dərəcəsi deyil, bu ödənişin məbləği ilə bağlı Bakı və digər regionlar arasındakı fərq də aradan qalxacaq.
FED.az xəbər verir ki, əgər DSMF ödənişi Bakıda 50 manat olduğu halda, Sumqayıt və Gəncədə 45 manat, Respubilka tabeli şəhərlərdə 40 manat, rayon mərkəzlərində 30 manat, kənd yerlərində isə 25 manat təşkil edirdi. Yanvarın 1-dən etibarən isə bütün ölkə üzrə bu məbləğ 62,5 manat oldu.
Eləcə də bax: Əkrəm Həsənov 638 iş üzrə DSMF-yə kömək edəcək
Təqribən eyni dəyişikliklər tikinti və ticarətlə məşğul olan sahibkarlara da aid olacaq. Qanuna görə, bu fəaliyyətlə məşğul olanlar minimum əmək haqqının (yəni 250 manatın) 50%-i qədər DSMF ödənişi etməlidirlər. Bakıda bu məbləğ indiyədək də 125 manat, Sumqayıt və Gəncədə 112,5 manat, Respubilka tabeli şəhərlərdə 80 manat, Rayon mərkəzlərində 75 manat, kəndlərdə - 62,5 manat idi.
Yanvarın 1-də isə bu ödənişin məbləği də bütün ölkə üzrə eyni olacaq - 125 AZN.