Tanınmış hüquqşünas Əkrəm Həsənovun rəhbəri olduğu şirkət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ümumilikdə 638 iş üzrə hüquqi dəstək xidməti göstərəcək.
FED.AZ xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi “Əkrəm Həsənov və partnyorları" MMC ilə 185 min 300 manat məbləğində müqavilə bağlayıb.
Müqavilə “pensiya, sosial sığorta və sosial müavinət məsələləri üzrə 400-ü 1-ci instansiya, 192-si apelyasiya məhkəməsi, 46-sı kassasiya instansiyalarında olmaqla ümumilikdə 638 iş üzrə məhkəmələrdə hüquqi dəstək xidmətlərinin təkliflər sorğusu üsulu ilə satınalınması” üzrə bağlanıb.