«Baktrans» ASC ləğv edilir.
Eləcə də bax: «İri səhmdarlar pullarını götürüb çıxacaqlar» - Azərbaycanda Məşhur Şirkət Parçalanır
FED.az xəbər verir ki, 20 aprel 2021-ci il tarixində «BAKTRANS»» ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
Yığıncağın gündəliyinə 2020-ci ilin hesabatı və maliyyə hesabatlarının təsdiq edilməsi ilə yanaşı, Səhmdar Cəmiyyətin ləğv edilməsidə daxildir.
Bununla əlaqədar yığıncaqda ləğvetmə komissiyasının yaradılması nəzərdə tutulur.
Şirkətin səhmdarları müzakirəyə çıxarılmış məsələlərə aid sənədlərlə tanış olmaq üçün həftənin I-V günləri saat 10.00-dan 16.00-dək cəmiyyətə müraciət etmək olar.