Azərbaycanda məşhur şirkətlərdən biri «Bakı ofset kombinatı» ASC parçalanır.
Eləcə də bax: Azərbaycanın çörək istehsalçısı ləğv edildiyini - Elan Etdi
Fed.az-ın əldə etdiyi məlumata görə, şirkətin iri investorları «Bakı ofset kombinatı»ndakı paylarını götürüb yeni şirkət yaratmaq niyyətindədir.
Bu məsələlər ASC-nin səhmdarlarının aprelin 24-də keçiriləcək növbədənkənar yığıncağında müzakirə olunacaq.
Yığıncağın gündəliyindəki əsas məsələ «Bakı ofset kombinatı» ASC-nin yenidən təşkil olunaraq tərkibindən ayrılma nəticəsində yeni hüquqi şəxsin yaradılmasıdır.
Bununla bağlı olaraq təşkilatda əlaqadar komissiyanın yaradılması və ona müvafiq səlahiyyətlərin verilməsi də nəzərdə tutulur.
Şirkətdən FED.az-a bildirilib ki, «Bakı ofset kombinatı» ASC-nin yenidən təşkil olunaraq tərkibindən ayrılma nəticəsində yeni hüquqi şəxsin yaradılması iri səhmdarların qərarıdır. «Onlar öz paylarını götürərək yeni şirkət yaratmq niyyətindədirlər, bu qərara uyğun olaraq Səhmdar cəmiyyətin torpağı və əsas vəsaitləri də səhm payına uyğun bölünəcək»-deyə şirkətdən bildirilib.
Qeyd edək ki, «Bakı Ofset Kombinatı» ASS səhmdarlarının ümumi yığıncağı (indiki kimi növbədənkənar yox, adi illik yığıncaq) bir neçə gün əvvəl, martın 2-də keçirilmişdi. Həmin toplantıda şirkətin 2020-ci il üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti və istismar müddəti bitmiş istifadəyə yararsız və bərpası mümkün olmayan əmlakların silinməsi müzakirə edilmişdi.