Türkiyə, Rusiya, Azərbaycan və Gürcüstanda "Domino's Pizza"nın master françayzisi olan Hollandiyanın "DP Eurasia" şirkəti Rusiyadakı biznesi olan "DP Russia" şirkətinin iflas proseduruna başlamaq qərarına gəlib.
“Domino’s Pizza”nın Rusiya bölməsi - İFLAS PROSESİNƏ BAŞLADI
FED.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.
Yəni "Domino's Pizza Russia" şirkəti müflis elan ediləcək.
"DP Eurasia" şirkəti bu qərarın “getdikcə çətinləşən şərtlər” fonunda verildiyini bildirib. "DP Eurasia" şirkəti, Rusiyanın Ukraynaya hücumundan sonra Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların təsiri ilə əlaqədar Rusiyada mövcudluğunu nəzərdən keçirib.
İflas proseduru başa çatdıqdan sonra şirkət Rusiyada fəaliyyətini dayandıracaq. "Domino's Pizza Russia" şirkətinin 520 milyon rubl və ya 4,3 milyon funt sterlinq həcmində xarici borcu onun Türkiyədəki törəmə şirkəti mövcud nağd resurslar hesabına ödənilib..
İflas prosedurundan əvvəl şirkətin Rusiyadakı biznesini satmaq cəhdləri olmuşdu.
Mart ayında “DP Eurasia” Rusiyada investisiyalardan imtina etdiyini elan edib.
Domino's Pizza-nın Rusiyada ilk filialı 1998-ci ildə açılıb. Hazırda şəbəkənin ölkə üzrə 170-ə yaxın restoranı var. (Marja)