Kənd təsərrüfatı məhsullarını istehsalçı olmayan, həmçinin vergiödəyicisi kimi uçotda durmayan şəxslərdən aldıqda, ödəmə mənbəyində 2 faiz dərəcə ilə vergi tutulmalı və rüb başa çatdıqdan sonra bu barədə vergi orqanına hesabat təqdim edilməlidir.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən FED.az-a bildirilib ki, məhsulları təqdim edən şəxs vergiödəyicisi kimi uçotda olduqda ödəmə mənbəyində vergi tutulması qanunvericilikdə nəzərdə tutulmayıb. Belə ki, həmin şəxs əldə etdiyi gəlirlərə əsasən vergi öhdəliklərini yerinə yetirməlidir.
Eləcə də bax: Fermerlərin və kənd təsərrüfatı təyinatlı torpaqların – UÇOTA ALINMASINA BAŞLANILIB