Azərbaycanda çoxsaylı şirkətlərə rəhbərlik (məsələn icraçı direktor qismində) edən şəxsləri xoşagəlməz yenilik gözləyir.
Eləcə də bax: Azərbaycanda 500 milyon manata yaxın biznes krediti üçün müraciət olunub - Nazirlik
FED.az xəbər verir ki, bundan sonra 5-dən artıq şirkətə rəhbərlik edən şəxslərin özü və onun rəhbərlik etdiyi həmin şirkətlər riskli vergi ödəyicisi sayılacaqlar.
Başqa sözlə, bundan sonra 5-dən artıq şirkətə rəhbərlik etmək faktiki olaraq həmin şirkətin sərt nəzarət və məhdudiyyətlərlə üz-üzə qoymaq sayılacaq.
Qeyd edək ki, indiyədək xüsusilə çoxsaylı təsis olunan MMC-lərin qanuni təmsilçi və ya icraçı direktoru olmaqla bağlı məhdudiyyət yox idi. İstənilən şəxs məhdudiyət olmayacaq sayda şirkətə rəhbərlik edə bilərdi.
İndiki qərarla isə bu qayda formal olaraq dəyişməsə də faktiki olaraq qadağan edilir.
Xatırladaq ki, qanunvericiliyə edələn dəyişikliklərdə riskli vergi ödəyicilərinə qarşı sərt tədbirlərin görülməsi nəzərdə tutulur. Belə ki,
1. riskli vergi ödəyicisi haqqında məlumat vergi sirri və şəxsi həyata dair məlumat hesab olunmayacaq, yəni kütləvi yayıla biləcək.
2. Vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda növbədənkənar səyyar vergi yoxlaması aparıla biləcək.
3. Vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsas yaranır.
4. Vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ olacaq.
5. Vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması mümkün olmayacaq.
8. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin qaytarılması riskli vergi ödəyicilərinə münasibətdə vergi ödəyicisinin fəaliyyəti üzrə vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq ediləcək.
9. Vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə biləcək.
10. Riskli vergi ödəyicisindən əldə edilmiş elektron qaimə-faktura bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verməyəcək (yəqin ki, gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd kimi də hesab etməyəcəklər).
11. Əvəzləşdirilən vergi məbləği riskli vergi ödəyicilərinə münasibətdə vergi ödəyicisinin fəaliyyəti üzrə vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq ediləcək.