Vergilər Nazirliyi sentyabrın 11-də "Professional Real Estate Services" MMC-ni dövlət qeydiyyatına alıb.
FED.az xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, məhəllə 466, ev 206, nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Hikmər Abuzər oğlu İsmayılovdur. Bu ünvan Gilan Holdinqin baş ofisinin yerləşdiyi “Capital Towers”di
Qeyd edək ki, bu şəxs Gilan holdinqə daxil olan “AFB Bank”-nin 99,64%-lik, “Azsığorta”-nın isə 100%-lik, eləcə də “Bank of Baku”-nun 31,11% -lik səhmdarıdır.