“Azersun Holding” MMC-yə yaxın olan və bank səhmdarı olan “Anadolu Investment Kompani" MMC-nin nizamnamə kapitalı artırılıb.
“ASK Tekstil” adını dəyişdi - Nizamnamə kapitalı artırıldı
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, “Anadolu Investment” MMC-nin nizamnamə kapitalı 542 130 manat və ya 2.1% artımla 25 937 494 manata çatdırıb.
Qeyd edək ki, “Anadolu İnvestment Kompani” MMC-nin nizamnamə kapitalı 2022-ci ilin son rübü 3 400 000 manat, yaxud 15% artırılmaqla 25 395 364 manata qaldırılmışdı.
“Azersun Holding”ə yaxın olan bu şirkət ASB Bankın əsas səhmdarıdır. Bankın 60 milyon manatlıq səhm kapitalının 98.43%-i “Anadolu İnvestment Kompani”yə məxsusdur.
Şirkətin rəhbəri Abdulbari Gozalın qızı Leyla Kurtdur. Şirkət 2003-cü ildə yaradılıb