İcbari Sığorta Bürosunda və bankda çalışmış sabiq əməkdaşı yeni lizinq şirkəti təsis edib.
Eləcə də bax: “KamAZ” Azərbaycanda böyük - Lizinq Şirkəti Yaratdı
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, yeni yaradılan lizinq şirkəti “KredLizinq” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Şirkət Yasamal rayonu, Dadaş Bünyadzadə, ev 11D, m. 106 ünvanında 100 manat nizamnamə kapitalı ilə 26 oktyabr tarixində dövlət qeysiyyatına alınıb.
Şirkətin qanuni təmsilçisi Gəncalı Xəqanizadə Xəqani oğludur. O, indiyə qədər ləğv edilmiş “Zaminbank” və “Ata Bank” ilə konsolidasiya etmiş (o da ləğv ediulib) “CDB Bank”da çalışıb. 2017-ci ildə yaradılan “Financial Consulting And Audit” MMC şirkətin qanuni təmsilçisi olub.