Qəbələ Qızıl Balıqartırma Zavodu MMC-yə çevrilir, səhmlər dövriyyədən çıxarılır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə “D. Yusifov adına Qəbələ Qızıl Balıqartırma Zavodu” Açıq Səhmdar Cəmiyyəti Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilməsi ilə əlaqədar elanda bildirilir
Məlumata görə ASC-nin yeganə səhmdarı olan “Azerbaijan Fish Farm” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus, dövlət qeydiyyat nömrəsi AZ1001021380 olan, hər birinin nominal dəyəri 2 manat təşkil edən 752 000 ədəd adi, adlı və sənədsiz səhm dövriyyədən çıxarılır.
Qeyd edək ki, müəssisə 16 may 2005-ci ildə dövlət qeydiyyatına alınıb, 1 milyon 504 min manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Abdinov Nurlan Nurəddin oğludur. Hüquqi ünvanı Qəbələ rayonu, Çuxur Qəbələ ərazisində yerləşir.










