“Best Brands Group MA” MMC ni̇zamnamə kapi̇talını azaldır.
FED.az xəbər verir ki, nizamnamə kapitalının 66 min 044 manata azaldığını elan edi̇r.
Şirkətin nizamnamə kapitalı buna qədər 120 min 80 manat təşkil edirdi ki, bu da mövcud kapitalın 54 min 36 manat azalması deməkdir.
Xatırladaq ki, “Best Brands Group MA” MMC 21 sentyabr 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Ömərov Sübhan Möhübbət oğludur.
BBG MA Türkiyənin dünyaca məşhur geyim markaları olan LC Waikiki və Penti kimi tanınan markaların Azərbaycanda rəsmi nümayəndəsidir. Şirkətin 2024-cü il üzrə Azərbaycan ərazisində LC Waikiki brendinin 23 mağazası, Penti brendinin 12 mağazası mövcuddur.











