Azərbaycanda 4 yeni holdinq yaradılıb.
Eləcə də bax: 100 milyon dollarlıq layihə üzrə - Şirkət Yaradılıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Upon-F Holding”, “Shelli Holding”, “İnvest Holding LLM” və “Turan Holdinq 2021” MMC-dir.
“Upon-F Holding”in hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov ev.1 m.MKR 7, nizamnamə kapitalı 10 manat və qanuni təmsilçi Cəbrayılov Fəxrəddin Seyfulla oğludur.
“Shelli Holding”in hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov ev.20/30, nizamnamə kapitalı 10 manat və qanuni təmsilçi İbadov Aydın Ayaz oğludur.
“İnvest Holding LLM”in hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Romana ŞTQ, Vəli Vəliyev (Ramana Qəs.) ev.2 m.DONGE 1, nizamnamə kapitalı 2 manat və qanuni təmsilçisi Qurbanov Vüqar Süleyman oğludur.
“Turan Holdinq 2021” MMC-in hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ, Katib Şamilov(Rəsulzadə Qəs.),nizamnamə kapitalı 10 manat və qanuni təmsilçisi Həsənov Nizami Firudin oğludur.