İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) “Masdar Azerbaycan” MMC-ni dövlət qeydiyyatına alıb.
Eləcə də bax: “PAŞA Holdinq”ə yaxın yeni - Şirkət Yaradılıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) “Masdar Azerbaycan” MMC-ni dövlət qeydiyyatına alıb.
FED.az xəbər verir ki, bu barədə DVX-dən məlumat verilib.
“Şirkət 2021-ci il fevralın 25-də 100 manatlıq nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Dilarə İsrafilovadır”, - deyə məlumatda bildirilir.
2020-ci ilin yanvar ayında Azərbaycanın Energetika Nazirliyi və “Masdar” şirkəti (BƏƏ) arasında günəş elektrik stansiyasının tikintisi ilə bağlı icra müqaviləsi imzalanıb. Bu layihənin həyata keçirilməsi üçün cari ilin mart ayında şirkətlə digər müqavilələrin (“İnvestisiya sazişi”, “Elektrik enerjisinin alqı-satqısına dair” saziş və “Paylayıcı şəbəkəyə qoşulmaya dair” saziş) imzalanması planlaşdırılır.
“Masdar” şirkətinin inşa edəcəyi günəş elektrik stansiyası Bakıdan 75 km cənub-qərbdə yerləşəcək. Stansiyanın inşası iki ilə yaxın vaxt aparacaq. Layihəyə investisiya qoyuluşu təxminən $100 milyon məbləğində qiymətləndirilir. (İnterfaks)