"AG Telekom" MMC "Rahat Telecom" və "SN Telecom" MMC-lərin ona qoşulması nəticəsində yenidən təşkil edilir.
FED.az xəbər verir ki, son nəticədə "Rahat Telecom" və "SN Telecom" ləğv edilir.
Xatırladaq ki, "AG Telekom" 27 may 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 36 milyon 335 min 317 manatdır. Qanuni təmsilçisi İlqar Nəhməov Şamil oğludur. Şirkətin 162 min 245 manat ödənilməmiş vergi brocu vardır.
"SN Telecom" 31 yanvar 2006-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 4 milyon 900 min 25 manatdır. Qanuni təmsilçisi Bəhram Qurbanov Tahir oğludur.
"Rahat Telecom" 4 avqust 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 4 milyon 2 min 20 manatdır. Qanuni təmsilçisi Samir Abbasov Zabit oğludur. Şirkətin 100 min 471 manat ödənilməmiş vergi brocu vardır.











