2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 83 milyon 505 min dollar dəyərində 14 min 916 ton kərə yağı idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, məhsul idxalı dəyər ifadəsi ilə 13 milyon 260 min dollar yəni 13,7% artıb , miqdar ifadəsi ilə təxminən 1 839 ton ( 11%) azalıb.
Ötən ilin müvafiq dövründə 96 milyon 765 min dollar məbləğində 16 min 755 ton kərə yağı gətirilib.
1 ton kərə yağının idxal qiyməti bu il 5 598 dollar, ötən il isə 5 575 dollar təşkil edib. Qiymətlərdə 177 dollar və ya 3,1% ucuzlaşma qeydə alınıb.
Qeyd edək ki, hesabat dövründə idxal edilən kərə yağının dəyəri Azərbaycanın ümumi idxalının 0,53%-ni təşkil edib. Ötənilin müvafiq dövründə kərə yağının idxalı Azərbaycanın ümumi idxalının 0,75%-nə bərabər olub.