Bu ilin ilk 9 ayında Azərbaycana 112,9 milyon dollar (192 milyon manat) dəyərində mebel və onun hissələri idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, mebel idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 6,1 milyon dollar (10,4 milyon manat) və ya 5,1% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan 119,1 milyon dollar (202,5 milyon manat) dəyərində mebel və onun hissələri idxal olunmuşdu.
Bu il 9 ayında ümumi idxalın 0,67%-i mebelin payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 0,81% olub.