Azərbaycana 175 min dollar məbləğində meşə materialı ixrac edən Rusiyanın "DOZ 21" MMC şirkətinin keçmiş direktoru dələduzluqda ittiham olunur.
FED.az-ın məlumatına görə, "Report" yerli mətbuata istindən xəbər verir ki, sahibkarın cinayət işi Krasnoyarsk vilayətinin Lesosibirski şəhər məhkəməsinə göndərilib.
Eləcə də bax: "Bizim evlərin kvadratı 400 manatdan başlayır" – İŞ ADAMI
Hazırda ona qarşı xüsusi iri həcmdə pul vəsaitlərinin repatriasiyası üzrə öhdəliklərin icrasından yayınmaq ittihamı irəli sürülüb.
Qərbi Sibir Nəqliyyat Prokurorluğu müəyyən edib ki, sabiq direktor Azərbaycana meşə təsərrüfatı materiallarının ixrac olunması üzrə xarici ticarət müqaviləsi imzalayıb. Lakin sahibkar sənəddə müəyyən olunmuş vaxtda rəhbəri olduğu MMC tərəfindən satılan məhsula görə əldə edilmiş 175 min dolların banka köçürülməsini təmin etməyib.