Bu ilin yanvar-noyabr aylarında Azərbaycan xaricdən 2 milyon 309 min dollar dəyərində 3 235 ton kivi idxal edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, idxal göstəriciləri məbləğ ifadəsində 37,2 min manat, yəni 1,6%, miqdar ifadəsi ilə təqribən 54 ton (1,7%) çoxdur.
Ötən ilin eyni dövründə ölkəyə 2 milyon 272 min dollarlıq 3 181 ton kivi gətirilib.
Bu da o deməkdir ki, 1 ton kivinin idxal qiyməti təxminən 714 dollar təşkil edib. Ötən ilin eyni dövründə də bu göstərici 714 dollara başa gəlib (1 kq=1,21 manat).