Azərbaycan Çexiyanın Brno şəhərində keçirilən 11-ci beynəlxalq "Paslanmaz polad" sərgisində "Made in Azerbaijan" vahid ölkə stendi ilə təmsil olunub.
Bakıda fəaliyyətə başlayan «TABAKEVİ»ndə - COCUQ MƏRCANLI MƏHSULLARI DA TƏQDİM OLUNUR
FED.az xəbər verir ki, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi, Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsinin təşkilatçılığı ilə Brno şəhərində Çexiyanın ən böyük sərgilərindən hesab olunan 11-ci beynəlxalq "Paslanmaz polad" ("The International Stainless Steel Fair") sərgisində polad və polad məmulatlarının, o cümlədən rəngli metallardan hazırlanan məhsulların istehsalında ixtisaslaşan 8 Azərbaycan şirkəti "Made in Azerbaijan" vahid ölkə stendi ilə iştirak edib.
Qeyd edək ki, sərgi 2009-cu ildən bəri iki ildən bir təşkil olunur. Builki tədbirə Mərkəzi və Şərqi Avropa ölkələrindən, xüsusən də Almaniya, Çexiya, Polşa və Macarıstandan olan aparıcı polad istehsalçıları, həmçinin distributor şirkətlər də daxil olmaqla 100-dən çox iştirakçı qatılıb.