İyulun 20-də "Azərneftkimyaquraşdırma" QSC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Eləcə də bax: Azərbaycan şirkəti səhmdarına dəyən - ZƏRƏRİ ÖDƏYƏCƏK
FED.az xəbər verir ki, ümumi yığıncaqda "Azərneftkimyaquraşdırma" QSC-nin səhmlərinin alınması və Cəmiyyətin 2021-ci ilin yekunlarına dair maliyyə-təsərrüfat nəticələrinin təsdiqlənməsi müzakirə ediləcək.
Qeyd edək ki, "Azərneftkimyaquraşdırma" QSC qapalı səhmdar cəmiyyət olduğuna görə, onun səhmləri mövcud səhmdarlar arasında alınıb satılır Səhmdarlar arasında öz səhmini satmaq istəyən olduğu üçün digər səhmdarlar bu səhmləri alacaqlar.
Ümumi Yığıncaq AZ1108, Bakı şəhəri, Dərnəgül qəsəbəsi, məhəllə 2090, küçə 560/510. Ünvanında keçiriləcək.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.