18 iyul 2022-ci il saat 15.00-da “Azərrabitəinşaat” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Eləcə də bax: “PAŞA Holding”in rəhbərinin şirkəti - LƏĞV EDİLİR
FED.az xəbər verir ki, iclasda Cəmiyyətin uzunmüddətli fəaliyyətsizliyi nəticəsində fərdi səhmdarlara (kommunal xidmət ödənişləri,mühafizə xidməti ödənişləri,əmlak,torpaq, vergi və sair ödənişləri həyata keçirən səhmdar) dəymiş ziyanın ödənilməsi məsələsi, eləcə də Səhmdarların problemləri və təklifləri müzakirə ediləcək.
İclas Bakı, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi 10/61 nömrəli ünvanda keçiriləcək.