“Suraxanı Satış Bazası” ASC-nin rəhbərliyi dəyişəcək.
FED.az xəbər verir ki, bu məsələ, eləcə də şirkətin fəaliyyətinin nəticələri ASC-nin səhmdarlarının 23 iyunda keçiriləcək növbəti illik ümumi yığıncağında müzakirə ediləcək.
Bakı şəhəri, Suraxanı rayonu, 14 iyul küçəsi 153 ünvanında keçiriləcək iclasın gündəliyində aşağıdakı məsələər var:
1. 2022-ci ilin hesabatı və maliyyə hesabatlarının təsdiq edilməsi.
2. Mənfəət və zərərlərin bölüşdürülməsi.
3. Müşahidə şurasının, icra orqanının və təftiş müfəttişinin yenidən seçilməsi.
4. Digər məsələlər.
Səhmdarlar yığıncaqda müzakirə ediləcək məsələ ilə bağlı sənədlərlə cəmiy¬yətə gəlməklə tanış ola bilərlər.