23 iyun 2023-cü il saat 11.00-da cəmiyyətin iclas zalında “Sumqayıt -çörək” ATSC səhmdarların növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
Azərbaycan şirkətinə baş direktor seçiləcək - MƏNFƏƏTİ BÖLÜŞDÜRÜLƏCƏK
FED.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
• ATSC-nin 2022-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarının müzakirəsi və təsdiqi.
• Maliyyə-təftiş komissiyasının hesabatı və təsdiq edilməsi.
• İdarə heyəti və müşahidə şurası üzvlərinin seçilməsi.
• İdarə heyəti sədrinin seçilməsi.
• Maliyyə- təftiş komissiyası üzvlərinin seçilməsi.
• Mənfəətin bölüşdürülməsi və əldə edilmiş xalis mənfəətdən istifadənin təyin edilib təsdiqlənməsi.
Ünvan– Sumqayıt şəhəri, Lermontov küçəsi 13-dür.