NEQSOL Holding-in qərarı ilə tərkibində olan şirkətlər tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna əlavə 1,5 milyon manat məbləğində vəsait köçürülüb.
Eləcə də bax: NEQSOL Holding Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat vəsait köçürüb
Holdinqdən FED.az-a verilən məlumata görə, beləliklə, holdinqin tərkibində olan şirkətlər tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna köçürülən vəsaitin məbləği ümumilikdə 2,5 milyon manat təşkil edib.
NEQSOL Holding ölkənin ərazi bütövlüyü və torpaqlarının işğaldan azad edilməsi uğrunda mübarizəsi şəraitində hər bir vətəndaşın və qurumun Vətənə dəstəyinin vacib olduğunu hesab edir.
Ordumuzu və Xalqımızı torpaqlarımızın bir hissəsinin işğaldan azad olunması münasibətilə təbrik edir, yeni zəfərlər və bütün torpaqlarımızın azad olunmasını arzulayırıq.
NEQSOL Holding-in əsas fəaliyyət istiqamətlərinə neft-qaz, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələri aiddir.
FED.az" src="https://fed.az/upload/news/2997943.jpeg" />