Ölkənin ərazi bütövlüyü uğrunda mübarizəsi şəraitində, NEQSOL Holding Silahlı Qüvvələrə Yardım Fonduna dəstək olub.
FED.az xəbər verir ki, NEQSOL Holding-in tərkibində olan şirkətlər Silahlı Qüvvələrə Yardım Fonduna ümumilikdə 1 milyon manat məbləğində vəsait köçürüb.
Məlumat üçün, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikasının Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə təsis olunub. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır.
NEQSOL Holding-in əsas fəaliyyət istiqamətlərinə neft-qaz, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələri aiddir.