«Veysəloğlu Şirkətlər Qrupu»na daxil olan «Araz» və «Oba» marketlərin gündəlik müştəri sayı 640 min nəfərdir.
«Veysəloğlu Pərakəndə İndeksi» təqdim edildi - ALTERNATİV QİYMƏT HESABLAMASI
FED.az xəbər verir ki, bu barədə şirkətlər qrupunun Müşahidə Şurasının sədri, şirkətin sahibi Aydın Talıbov məlumat verib.
Onun sözlərinə görə, hazırda qrup həm ticarət, həm istehsal, həm də xidmət sahələri ilə məşğuldur.
A.Talıbov bildirib ki, 2015-ci ildən indiyədək şirkətin əməkdaşlarının sayı 4 dəfəyə yaxın artaraq 4600 nəfərdən 17 min nəfərə yüksəlib.
Qeyd edək ki, bu gün şirkətlər qrupu «Veyseloğlu Pərakəndə İndeksi»ni təqdim edib.
İndeks 2018-ci ilin yanvar ayından etibarən şirkətlər qrupunun pərakəndə satış şəbəkələrində satılan 4317 məhsuluəhatə edir. Bu siyahıya təzə qida, qida, spirtli və spirtsiz içkilər, həmçinin tütün məmulatları daxildir.