“İnterax” şirkəti nizamnamə kapitalını azaldır.
Eləcə də bax: “PAŞA Holdinq” “Azərşəkər”in nizamnamə kapitalını - Artırıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, şirkət nizamnamə kapitalının 733592 manat dəyərindən 10 manat dəyərinə azaldığını elan edir.
Kreditorlar iki ay ərzində tələblərini AZ1075, Bakı şəhəri, Nərimanov Rayonu, Əhməd Rəcəbli, ev 1/6, m. 40 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “İnterax” şirkəti 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin qanuni təmsilçisi Məryəm Hacı qızıdır.