«Bolt» maya dəyərindən daha aşağı xidmət göstərir. Bununla da digər şirkətləri bazardan uzaqlaşdırmaq istəyir. Artıq bəzi şirkətlər bu səbəbdən bazarı tərk edib».
Eləcə də bax: Dövlət Xidməti yenidən “Bolt" haqqında - İŞ QALDIRIB
Bunu FED.az biznes və maliyyə xəbərləri portalına «Delivery Azerbaijan» daşıma şirkətinin səlahiyyətli nümayəndəsi Samir Kərimov bildirib.
Qeyd edək ki, Azərbaycanda son illər sürətlə inkişaf edən daşıma xidmətləri bazarında böyük mübahisə başlayıb.
FED.az xəbər verir ki, "Delivery Azerbaijan” şirkəti qlobal marka olan «Bolt» şirkətini haqsız rəqabətdə ittiha edərək ondan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət edib. Xidmət bu şikayəti icraata götürüb və "Bolt Services AZ” MMC haqqında "Delivery Azerbaijan” MMC-nin ərizəsi əsasında, “Haqsız rəqabət haqqında” qanunun tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. İşə sabah - fevralın 24-də baxılacaq.
Xatırladaq ki, "Bolt"un Azərbaycandakı törəməsi olan "Bolt Services AZ" MMC Estoniyanın taksi, yemək çatdırma, karşerinq və mikromobillik təklif edən məşhur şirkətidir.
Amma şirkətin Azərbaycanda apardığı siyasət bazar digər iştirakçılarını qane etməyib. Onlar «Bolt»un maya dəyərindən aşağı qiymətlər təklif etməkdə – yəni sadəcə dempinqdə ittiha edirlər: «Həmin şirkət maya dəyərindən daha aşağı qiymət və endirimlər təklif edir. Bu endirimləri də böyük büdcəsi olduğuna görə öz cibindən qarşılayır. Digər şirkətlər isə bunu edə bilmir. Beləcə, həmin yerli şirkətlər bazardan uzaqlaşdırılır. Demək olar ki, "Bolt"a görə bazarda yerli şirkət qalmayıb»-deyə S.Kərimov bildirir.
Onun sözlərinə görə, «Bolt» Azərbaycan bazarına daxil olduğu gündən dempinq edir və hazırda dempinq dərəcəsi 40%-ə yüksəlib. Şirkətin belə siyasəti özünü ən çox çatdırılma xidmətində göstərir: «Belə halı yemək daşımasında görürük. Şikayətimiz yalnız yemək daşınması üzrədir. Digər yemək daşıma xidmətlərinə baxsanız, aradakı böyük fərqi görəcəksiniz. Maya dəyəri 5 manat olan daşınmanı onlar 40 % endirimlə edir. Həmin endirimi də şirkət cibindən qarşılayır. Buna görə demək olar ki, bazarda yerli şirkət qalmayıb».
Qeyd edək ki, «Bolt» şirkətindən, daha dəqiqi onun haqsız rəqabət cəhdlərindən narazılıq əvvəl də olub. Təqribən bir il əvvəl «Bolt» şirkəti onunla əməkdaşlıq edən restoranlar qarşısında tələb qoymuşdu ki, onunla çalışan restoranlar başqa heç bir daşıma şirkətilə əməkdaşlıq etməsinlər. Həmin vaxt da yerli şirkətlər Antiinhisar Xidmətinə müraciət etmişdilər və nəticədə «Bolt»un qanunsuz tələbinin qarşısın alınıb.
S.Kərimov bildirir ki, bu, «Delivery Azerbaijan» daşıma şirkətinin vəziyyətlə bağlı ilk müraciətidir: «Ədalətin bərqərar olacağına, eləcə də yerli şirkətlərin də sağlam mühitdə fəaliyyətlərini davam etdirəcəklərinə inanıram. Məsələyə qanun çərçivəsində baxılmasını istəyirik».
Qeyd edək ki, artıq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Bolt Services AZ” MMC haqqında "Delivery Azerbaijan” MMC-nin ərizəsi əsasında, “Haqsız rəqabət haqqında” qanunun tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. İşə fevralın 24-də baxılacaq.
"Bolt"un Azərbaycandakı törəməsi olan "Bolt Services AZ" MMC Estoniyanın taksi, yemək çatdırma, karşerinq və mikromobillik təklif edən məşhur şirkətidir.