İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Estoniyanın taksi, yemək çatdırma, karşerinq və mikromobillik təklif edən məşhur şirkəti "Bolt"un Azərbaycandakı törəməsi "Bolt Services AZ” MMC haqqında iş qaldırıb.
Eləcə də bax: “Bolt” $711 mln. qiymətləndirmə ilə $8.4 mlrd. - CƏLB EDİB
FED.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, iş "“Delivery Azerbaijan” MMC-nin ərizəsi əsasında, “Haqsız rəqabət haqqında” qanunun tələblərinin pozulması əlamətləri üzrə qaldırılıb.
İşə fevralın 24-də baxılacaq. (Report)