2022-ci ildə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin (ASK) rəhbərliyinə ödənişlər (əmək haqqı, ixtiyari və digər qısamüddətli mükafatlar) 761 min manat təşkil edib.
FED.az bu barədə ASK-nın hesbatına istinadən xəbər verir.
Məlumata görə, bu, 2021-ci ilə nisbətən 272 min manat və ya 55,6 % çoxdur.
O cümlədən, ötən il ASK-ya məxsus "Azəralüminium” MMC-nin rəhbərliyinə 75,8 min manat ödəniş edilib ki, bu da
illik müqayisədə 2,6 min manat və ya 3,3 % azdır.
“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin rəhbərliyinə ödənişlər 78,8 min manat təşkil edib. Ödənişlər 2021-ci ilə nisbətən 22 min manat və ya 21,9 % azdır.
"Azəripək” MMC-nin rəhbərliyinin isə 75,1 min manat, başqa sözlə 8 min manat və ya 11,8 % çox ödənilib.