Bu ilin yanvar-aprel aylarında Azərbaycan 63,5 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib.
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın aprel sayında bildirilir.
Məlumata əsasən, bu, ötən ilin 4 ayı ilə müqayisədə 30,5 milyon ABŞ dolları və yaxud 92,4% çoxdur.
Ötən ilin yanvar-aprel aylarında Azərbaycan 33 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib.