Bu ilin yanvar-aprel aylarında Azərbaycan xaricə 61,6 milyon ABŞ dolları dəyərində pambıq mahlıcı ixrac edib.,
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın mart sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin 4 ayı ilə müqayisədə 16,7 milyon ABŞ dolları və ya 21,3% azdır.
Ötən ilin yanvar-aprel aylarında Azərbaycan 78,3 milyon ABŞ dolları dəyərində pambıq mahlıcı ixrac edib.
Təkcə aprel ayında 21,1 milyon dollarlıq pambıq mahlıcı ixrac olunub ki, bu da illik 0,7 milyon dollar (3,2%) çoxdur.
Ötən ilin yanvar-aprel aylarında Azərbaycandan xarici ölkələrə 21,8 milyon ABŞ dolları dəyərində pambıq mahlcı ixrac edib.