Dövlətə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC və "Star Mining" şirkəti "Shahbulaq Mining" adlı birgə şirkət təsis ediblər.
"Azərbaycan İnvestisiya Şirkəti"nin investisiya portfelinin dəyəri - AÇIQLANIB
FED.az Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovun Tvitter səhifəsinə istinadən xəbər verir ki, "StarMining" şirkəti işğaldan azad edilmiş ərazilərdə reallaşdırılacaq Şahbulaq daş karxanası layihəsinə dair müsabiqənin qalibidir.
"Hazırda Ağdam rayonunda yerləşən Şahbulaq yatağının ehtiyatının dəqiqləşdirilməsi məqsədilə geoloji tədqiqat işləri aparılır",- Nazir bildirib.
Nazirlik yanında Dövlət Vergi Xidməti "Şhahbulag Mining"i ötən il dekabrın 2-də dövlət qeydiyyatına alıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, General İzzət Həmidov küçəsi, 31, məhəllə 3 161, nizamnamə kapitalı 10 min manat, qanuni təmsilçisi isə Rüstəm Ağalı oğlu Muxtarovdur.