“Micro Leasing and Factoring” MMC- nin (VÖEN 1307564001) Ümumi Yığıncağı 18.11.2024-cü il tarixdə hüquqi şəxsin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edilməsi barədə qərar qəbul edib.
FED.az xəbər verir ki, kreditorlar 60 gün ərzində ləğv edilən hüquqi şəxsə qarşı tələblərini AZ1122, BBakı şəhər Yasamal rayonu, Həsənbəy Zərdabi pr., ev.103, m.M6 M3 ünvana bildirə bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 61.7-ci maddəsinə əsasən ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaiti ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında ləğvetmə komissiyası (təsviyəçi) tərəfindən ödəniləcəkdir.
Qeyd edək ki, bu şirkət 2022-ci ildə yaradılıb. Şirkət 10 manat nizamanmə kapitalına malikdir. Qanuni təmsilçisi isə Xalid Kamran oğlu Quliyevdir.