“Platek Pact” MMC fəaliyyətinə xitam verilərək “ATS Food” MMC-yə qoşulub.
FED.az xəbər verir ki, “ATS Food” MMC “Platek Pact” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edir.
Kreditorlar iki ay ərzində tələblərini AZ5000, Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllə, 10D ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Platek Pact” MMC (VÖEN: 1402664341) 22.11.2013-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 2 milyon 699 min 535 manatdır.
Qanuni təmsilçisi Tural Hacıyev Elxan oğludur. Hüquqi ünvanı Az5700, Şəmkir Rayonu, Şəmkir ş, Heydər Əliyev prospekti, ev17-də yerləşir.
“ATS Food” MMC-nin (VÖEN: 1402664341) nizamnamə kapitalı 58 milyon 411 min manatdır.
Qanuni təmsilçisi Tural Hacıyev Elxan oğludur.