Azərbaycanın "NEQSOL Holding" şirkəti Gürcüstanın telekommunikasiya sahəsində aparıcı şirkət olan "Caucasus Online" şirkətinin səhmlərinin 100 %-nin sahibi olub.
Gürcüstan tərəfi Azərbaycanın nəhəng layihəsini «bloklayıb» - Mübahisə Stokholm Məhkəməsinə Çıxacaq
FED.az xəbər verir ki, bir neçə gün öncə şirkətin sahibi Xviça Makatsariya səhmlərin yerdə qalan 51 %-ni azərbaycanlı investor Nəsib Həsənova təqdim edib.
Səhmlərin 49 %-i Azərbaycan şirkətinə 2019-cu ildə keçib.
2006-cı ildə yaradılan "Caucasus Online" bölgənin aparıcı telekommunikasiya şirkətidir.
Şirkət 2008-ci ildən Avropadan Cənubi Qafqaz və Xəzər dənizi bölgəsinə internet tranzitini həyata keçirən Qara dənizin dibi ilə keçən 1 200 kilometrlik sualtı fiber-optik kabelin yeganə sahibidir. "Caucasus Online" yalnız Gürcüstanı deyil, Ermənistan və Azərbaycanın da böyük hissəsini internetlə təmin edir (Report).
FED.az xəbər verir ki, Azərbaycan Holdinqinin Gürcüstanın sözügedən şirkətini satın alması həm də ona görə vacibdir ki, "Caucasus Online"a maxsus olan sualtı fiber optik internet xətti Azərbaycanda dövlət səviyyəsində reallaşdırılan mühüm regional layihənin - «Azerbaijan Digital Hub» layihəsinin tərkib hissəsidir.
«Azerbaijan Digital Hub» proqramı Azərbaycandan keçməklə Asiya və Avropa arasında nəhəng rəqəmsal dəhlizin – «Rəqəmsal İpək Yolu»nun yaradılmasını nəzərdə tutur. Söhbət Çinlə Avropanı birləşdirən dəhlizdən gedir. Bu layihə nəticəsində Azərbaycan regionun və dünyanın internet və rəqəmsal mərkəzlərindən birinə çevriləcək və ölkənin İnternet sahəsində xarici ölkələrdən asılılığı minimuma enəcək.
Proqram çərçivəsində Xəzər dənizinin dibi ilə Qazaxıstandan Azərbaycana, buradan isə ölkə ərazisindən keçməklə Gürcüstana qədər magistral fiber-optik kabel çəkiləcək, Bakı şəhərində regionun ən böyük Data Mərkəzi inşa ediləcək. Dünyanın iri kontent provayderlərinin - Google, Facebook, Netflix, Apple, Alibaba, Amazon, Tencent və s.-in məlumat bazaları burada saxlanılacaq.
Son bir neçə aya qədər Gürcüstan tərəfi "Caucasus Online" sirkətinin Azərbaycana satışına mane olmağa çalışır, hətta daha əvvəl satılan 49%-in geri qatarılması ilə bağlı iddialar səsləndirilirdi (bu barədə daha ətraflı).