Azərbaycan hökuməti 2026-cl ilədək Fortune 500 və Forbes 2000 indekslərində təmsil olunan 6 şirkət tərəfindən ölkəyə investisiya cəlb etməyi planlaşdırır.
Eləcə də bax: Prezident hökuməti Azərbaycana investorları daha fəal cəlb etməyə - ÇAĞIRIB
FED.az verir ki, bu barədə prezidentin təsdiq etdiyi “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda qeyd olunur.
Sənədə əsasən, həmçinin hökumət ortamüddətli dövrdə biznes mühitin yaxşılaşdırılması məqsədilə xarici və yerli investorlarla effektiv dialoq qurulmasını planlaşdırır.
Forbes Global 2000 – Amerikanın Forbes biznes jurnalının məlumatına görə, dünyanın ən iri 2000 publik şirkətlərinin illik reytinqidir.
Fortune Global 500 – dünyanın ən iri 500 şirkətinin reytinqidir, tərtibatı zamanı şirkətlərin mənfəəti meyar kimi çıxış edir. Siyahı Fortune illik jurnal tərəfəindən tərinb olunur və dərc edilir. (İnterfaks-Azərbaycan)