Ölkənin ən iri bankı olan ABB 2023-cü ilin son rübündə 779 milyon 917 min manat faiz gəliri əldə edib.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, faiz gəlirlərinin də böyük hissəsi, yəni 471 milyon 798 min manatı kreditlərdən əldə edilən faiz gəlirləri olub. Ticarət və investisiya qiymətli kağızlarından əldə olunan faiz gəlirləri 121 milyon 901 min manat, digər faiz gəlirləri isə 79 milyon 594 min manat olub.
Bundan başqa banklar və digər maliyyə insitutlarına verilən kreditlər üzrə faiz gəlirləri 1 milyon 835,9 min manat, depozitlər üzrə faiz gəlirləri isə 104 milyon 786,84 min manat təşkil edib.
Əvvəlki illə müqayisədə ümumi gəlirlər 197 milyon 32 min manat və ya 33,8%, kreditlərdən əldə olunan gəlirlər 101 milyon 586 min manat və ya 27,4%, ticarət və investisiya qiymətli kağızlarından əldə olunan faiz gəlirləri 48 milyon 565 min manat (66,2%), digər faiz gəlirləri isə 39 milyon 736,6 min manat (99,7%) artıb.
Bundan başqa banklar və digər maliyyə insitutlarına verilən kreditlər üzrə faiz gəlirləri əvvəlki ilə müqayisə 509,08 min manat (38,4%), həmin qurumlardakı depozitlər üzrə faiz gəlirləri isə 6 milyon 635 min manat (99,7%) çoxdur.