Azərbaycandan bu ilin yanvar-avqust aylarında Belarusa 2 min 310 ton pomidor ixrac edilib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Belarusa ixrac edilmiş pomidorun dəyəri isə 5 milyon 57 min dollar olub.
Son bir il ərzində ixracın həcmində 1 192 ton (2,1 dəfə), dəyərində isə 2,55 milyon dollar (2,0 dəfə) artım baş verib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayında isə Azərbaycan Belarusa 2,5 milyon dollar dəyərində 1 118 ton pomidor ixrac etmişdi.
Bu ilin yanvar-avqust aylarının nəticələrinə görə Belarusa ixrac edilmiş pomdorun orta hesabla 1 tonunun dəyəri 3 721 manat (1 kq - 3,72 manat) olub ki, bu da 2024-cü ilin müvafiq göstəricisinə görə 84 manat (2,2%) azdır. Ötən ilin müvafiq dövründə bu göstərici 3 805 manata (1 kq - 3,80) bərabər olub.