Biznes

Azərbaycan bankı İnternetlə kredit verir – İLK DƏFƏ 

Azərbaycan bankı İnternetlə kredit verir – İLK DƏFƏ  | FED.az
11:39 6 Sen 2018

Azərbaycanın bank sektorunda maraqlı yenilik var. FED.az xəbər verir ki, ilk dəfə olaraq müştərilər kredit müraciəti üçün tələb olunan sənədəri banka internetlə göndərib banka gəlmədən kredit ala biləcəklər. Yeni məhsulu «Unibank» təqdim edib. Bankın biznes sahibləri üçün hazırladığı onlayn kreditləşmə xidməti biznes müştərilərinə cəmi 15 dəqiqə ərzindədə banka gəlmədən kredit məbləğini hesaba köçürməyə imkan verir. 

Eləcədə bax: Azərbaycanda «whatsApp»la sığorta başlayıb – YENİLİK

«Müştəri İnternet Bank proqramı vasitəsilə onlayn şəkildə minimal məlumatlarını – istədiyi kredit məbləğini, dövlət reyestrindən çıxarışı, təsisçi ərizə formasını və şəxsiyyət vəsiqəsini skan edilmiş formada əlavə edir, və cəmi 15 dəqiqə ərzində qiymətləndirmə əsasında kredit məbləği müştərinin hesabına otuzdurulur. Bu xidmət ödənişsizdir»-deyə məlumatda bildirilir. 
Başqa sözlə bu proqram vasitəsilə müştərilər dünyanın istənilən yerində bir neçə klikə onlayn kredit əldə edə bilir. 

Bu məhsul Unibankın bir müddət öncə başladığı Agile Scrum metodologiyası ilə təqdim etdiyi ilk məhsuldur. 

Agile Transformasiya çərçivəsində yaradılmış olan ilk skram komanda məhsulun hazırlanmasını sprintlərə (zaman aralıqlarına) bölərək, hər sprintin sonunda məhsulu qismən, sonda isə bütövlükdə müştərilərə təqdim edib. Nəticə olaraq, əvvəl minimum 4 aya görülən işi Agile Scrum metologiyası ilə Unibankın ilk skram komandası cəmi 1 aya bitirib. Bu, ölkənin bank bazarında həm məhsul olaraq, həm də Agile Trasformasiya üzrə bir ilkdir. Unibank bundan sonra da daha effektiv xidmət göstərmək məqsədilə Agile Skram komandaların sayını çoxaltmağı planlaşdırır.

Digər xəbərlər