“Dünyada 265 at növ var, onun 2-i Azərbaycandadır. Bunlardan biri Qarabağ, digəri isə Dilbaz atıdır. Hazırda “Qarabağ Atçılıq Zavodu” MMC-də 245 baş Qarabağ cinsindən olan at saxlanılır”.
Eləcə də bax:Mühasibat proqramları lisenziyalı olmalıdır - VERGİLƏRDƏN AÇIQLAMA
Bunu Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi press-tur çərçivəsində jurnalistlərlə görüşən zavodun direktoru Maarif Hüseynov deyib.
Onun sözlərinə görə, bunu 6 başı törədicisi ayğır, 60 başı ana madyan damazlıq, 61 başı bu il alınmış bala, qalanları az və orta yaşlı dişi və erkən atlardır.
Xatırladaq ki, Ağcabədi rayonunda yerləşən müəssisə vaxtilə Ağdam rayonunun Eyvazxanlı kəndindəki atcılıq zavodunun əsasında yaradılıb.
“Hələ o vaxt ermənilər çalışırdı ki, Qarabağ atını özünküləşdirsinlər. Onlar silahlı şəkildə bir neçə dəfə gəlib Qarabağ atınıb aparmaq istəyirdilər. Kollektiv atları Ağdam rayonunun Üçloğlan kəndindəki quşçuluq fermasında gizlədib və ermənilər tapa bilməyiblər. Qarabağ atını ermənilərə verməmişəm”, - deyə M.Hüseynov qeyd edib.
Onun sözlərinə görə, zavodda atlar yüksək səviyyədə saxlanılır. Qiyməti 2 – 10 min manat arasında dəyişən heyvanların Avropanın inkişaf etmiş ölkələrinə ixrac edilməsi nəzərdə tutulub.
“Sovet İttifaqı dövründə bu atlar Rusiyanın paytaxtı Moskvaya göndərilirdi, oradan isə xarici ölkələrə satılırdı. Hazırda Azərbaycandan dünya bazarına at çıxarılmır, amma Almaniya, Fransa, Böyük Britaniya kimi ölkələrə ixrac nəzərdə tutulub. İldə təxminən 25 baş at satıla bilər. Burada ildə 50 baş artım olur. Atlar təbii yolla artırılır”, - deyə direktor qeyd edib.
M.Hüseynov Qarabağ atının neçə seçildiyini də açıqlayıb: “Qarabağ atının rəngi qızılı kürən olur, alnında qaşqası var, qıçalarında səkili, gözəl nişanələri var”.