12 iyul 2019 14:33

Mühasibat proqramları lisenziyalı olmalıdır - VERGİLƏRDƏN AÇIQLAMA

Vergilər Nazirliyi qanunvericiliyin düzgün tətbiqinə nəzarəti həyata keçirir. Bununla yanaşı, tövsiyə olunur ki, sahibkarlar və vergiödəyiciləri mühasibat proqramlarını tətbiq edərkən mütləq onların lisenziyalı olmasına diqqət yetirsinlər.
Eləcə də bax:“Topaz” lisenziyası ala bilməyən əlillər dava salıb - POLİSDƏN AÇIQLAMA

FED.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin İqtisadi təhlil və uçota nəzarət departamentinin baş direktoru Natiq Şirinov "vergiler.az" saytının "Rəsmi cavab" rubrikasında sahibkarların tətbiq etdiyi mühasibat proqramlarına münasibət bildirərkən deyib.

Departament rəhbəri qeyd edib ki, hazırda iri və kiçik şirkətlər tərəfindən müxtəlif çoxfunksiyalı mühasibat proqramları tətbiq olunur. Lakin ölkədə mühasibat uçotu proqramlarının təkmilləşdirilməsinə ehtiyac var: "Yəqin ki, gələcəkdə bu proqramların təkmilləşdirilməsi istiqamətində addımlar atılacaq. Vergilər Nazirliyinin mühasibat uçotunun həyata keçirilməsində səlahiyyəti olan digər strukturlarla birgə mövcud proqramların mühasibat uçotu və vergi qanunvericiliyinə uyğun tətbiqi ilə bağlı işlər həyata keçirməsi istisna edilmir".

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz