Şirvan Kommersiya Məhkəməsinin təqdimatı əsasında “Azerbaijan Coca-Cola Bottlers” MMC haqqında araşdırma aparılıb.
“Bazarstore” müştəriləri aldadıb: Məhsul üzərindəki qiymətdən - BAHA SATILIB
FED.az xəbər verir ki, söhbət şirkətin sərinləşdirici və spirtsiz içkilərin satışı ilə bağlı müxtəlif tərəfdaşlarla bağladığı müqavilələrdən gedir. İddialara görə, bu müqavilələrdə ədalətsizlik və rəqabətə zidd hallar var.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məsələni araşdırıb. Nəticədə məlum olub ki, “Azerbaijan Coca-Cola Bottlers” MMC şirkətinin fəaliyyətində heç bir qanun pozuntusu yoxdur.
Rəqabət qaydaları pozulmadığı üçün araşdırma rəsmi şəkildə dayandırılıb.