İstehlakçı hüquqlarının müdafiəsi sahəsində aparılan dövlət nəzarəti tədbirləri çərçivəsində “Bazarstore” MMC-nin fəaliyyətində növbəti dəfə qanun pozuntusu müəyyən edilib.
"Rahat Market" yenə də müştəriləri aldadıb, malı baha qiymətə satıb – CƏRİMƏLƏNDİ
FED.az xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri nəticəsində market şəbəkəsində qida məhsulunun üzərində göstərilmiş qiymətdən daha yüksək məbləğə satılması faktı aşkarlanıb. Bu hal istehlakçının malın hesabına dair az miqdarda aldadılması kimi qiymətləndirilib.
Araşdırmalar nəticəsində şirkət barəsində 10.06.2025-ci il tarixində inzibati xəta protokolu tərtib olunub və məsələ “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13-cü maddəsinin birinci bəndinə, habelə İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə uyğun olaraq hüquqi qiymət alıb.
Xatırladaq ki, bu “Bazarstore” MMC-nin eyni məzmunlu pozuntuya görə cərimələndiyi növbəti haldır. Davamlı şəkildə baş verən bu cür hallar həm alıcıların hüquqlarına zərər vurur, həm də ictimai narazılığa səbəb olur.