Bakının Qala və Bilgəh qəsəbələrində badam bağları salan “Azbadam” MMC-nin nizamnamə kapitalı yenidən artırılıb.
Eləcə də bax: "Yaşıl bazar"ın sahibi adını və təşkilati-hüquqi formasını - DƏYİŞDİ
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, çərəz istehsalçısının nizamnamə kapitalının həcmi 14 750 000 manat artırılıb
Bununla da nizamnamə kapitalı 25 700 005 manat olmuşdur.
Qeyd edək ki, şirkət 2016-cı ildə yaradılıb. “Azbadam” şirkəti tərəfindən “Qala və Bilgəh Badam Bağları” layihəsinə 2017-ci ilin fevral ayında start verilmişdir. Bakının Qala və Bilgəh qəsəbələrində müvafiq olaraq 268 ha və 212 ha ərazidə intensiv badam bağları salıb. 300 000-dən çox əkilmiş badam tingləri Quarra, Avijor, Belona və Soleta sortlarıdır.