"Yaşıl bazar"ın sahibi olan "Qaya M LTD" MMC şirkəti adını və təşkilati-hüquqi formasını dəyişib.
Eləcə də bax: Ölkənin ən böyük IT şirkətlərindən biri səhmdar cəmiyyətə - ÇEVRİLİB
FED.az xəbər verir ki, "Qaya M LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti "GREEN FOOD GROUP" Qapalı Səhmdar Cəmiyyətinə çevrildiyini elan edib.
2004-cü ildə dövlət qeydiyyatına alınmış və 490 manat nizamnamə kapitalı olan "Qaya M LTD"nin qanuni nümayəndəsi Həsənov Zahid Zakir oğludur. Şirkətin hüquqi ünvanı Bakı, Nərimanov rayonu, Nazim Hacıyev, ev 26, m 46-dır. (Marja)