“Avtolüks Azərbaycan” MMC (VÖEN:1402356311) nizamnamə kapitalının 37 milyon 400 min manat məbləğdən 17 milyon manat məbləğə azaldığını elan edir.
FED.az xəbər verir ki, nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar bir ay ərzində öz tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Z.Nudirəliyev küçəsi 8 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “Avtolüks Azərbaycan” MMC 12 oktyabr 2012-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Vasif Bairamov Nizami oğludur.