“Avtolüks Azərbaycan” MMC (VÖEN:1402356311) nizamnamə kapitalının 17 milyon manat məbləğdən 500 min manat məbləğə azaldığını elan edir.
FED.az xəbər verir ki, nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar bir ay ərzində öz tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Z.Nudirəliyev küçəsi 8 ünvanına bildirə bilərlər.
Qeyd edək şirkət daha öncə nizamnamə kapitalını 20,4 milyon manat azaldaraq 37,4 milyon manatdan 17 milyon manata endirmişdi.
Xatırladaq ki, “Avtolüks Azərbaycan” MMC 12 oktyabr 2012-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Vasif Bairamov Nizami oğludur.










